Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının II turunda “Çelsi”yə məğlubiyyəti şərh edib.
Futbolpress.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan mütəxəssis 0:1 hesabıyla bitən matçdan sonra bunları deyib:
“Problem “Qarabağ”a məğlubiyyətdədir. Çünki həmin oyunu qazansaydıq, indi uduzsaq belə 3 xalımız var idi. Yersiz xallar itirildi. Bu gün azı bir xal qazanmaq üçün kifayət qədər oynadıq, amma olmadı. Çalışdıq, olmadı”.
“Benfika” birinci turda Portuqaliyada Azərbaycan təmsilçisi “Qarabağ”a uduzub – 2:3.