Mourinyo “Qalatasaray”la bağlı paylaşım edib FOTO

09.01.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Türkiyə Super Liqa təmsilçilərindən “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo paylaşımı ilə gündəmə gəlib.

Apasport.az xəbər verir ki, “Qalatasaray” dünən Türkiyə Kuboku çərçivəsində evində “Başakşehir”lə 2:2 hesabı ilə heç-heçə edib.

Qarşılaşma yekunlaşdıqdan sonra Joze Mourinyo münaqişəli bir epizodla bağlı öz sosial media hesabında paylaşım edib.

Belə ki, portuqaliyalı mütəxəssis paylaşımında "Qalatasaray"lı futbolçunun Migel Krespoya qarşı kobud səhvindən sonra hakimin bu epizodu görməzlikdən gəldiyinə işarə edib: 

"Hörmətli Krespo, ümid edirəm sağlamlığınla bağlı heç bir problem yoxdur". 

"Fənərbaxça"dan "Qalatasaray"a reaksiya: "Soruşsalar, "ən çox zərər çəkən bizik" deyərsiniz" "Barselona" finalda! - VİDEO Türkiyə Kuboku: "Qalatasaray" evdə heç-heçə etdi - VİDEO Emre Belözoğlu qəza keçirib Lopetegi istefaya göndərilib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью