Mourinyo "Fənərbağça"dan sərvətlə ayrılır

29.08.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


"Fənərbağça" bu gün Joze Mourinyo ilə yollarını ayırıb və portuqaliyalı baş məşqçiyə böyük məbləğdə təzminat ödəyəcək.

Bakupost.az-ın məlumatına görə, 62 yaşlı mütəxəssis İstanbul klubundan 9 milyon avro qarşılığında ayrılır. Bu xəbəri türkiyəli jurnalist Yağız Sabuncuoğlu açıqlayıb.

Bildirilir ki, bu məbləğə Mourinyonun məşqçi heyətinə ödəniləcək təzminat da daxil olacaq.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2024-cü ilin iyulunda "Fənərbağça"ya baş məşqçi təyin olunmuşdu, lakin komanda onun rəhbərliyi altında heç bir titul qazana bilməyib.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью