Mourinyo: "Formula 1 dən öyrənəcəyimiz çox şey var"

18.09.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"

“Real”ın baş məşqçisi Joze Mourinyo futbol və Formula 1-i müqayisə edib.

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Formula 1-də böyük yarışlar öncəsi pilotların təzyiqi idarə etmə formasının futboldan fərqli olduğunu bildirib.

“Həm orada, həm də burada böyük təzyiq var. Ən yüksək səviyyəli idmandan danışırıqsa, təzyiq qaçılmazdır.

Amma mənə elə gəlir ki, əsas məqamlara yanaşma baxımından Formula 1 bizdən bir addım öndədir. Biz bir-birimizdən həddindən artıq uzaqlaşırıq, bunun səbəblərindən biri də ənənələrdir. Pilotlar böyük təzyiq altında olurlar, amma kokpitə əyləşənə qədər birlikdədirlər – insanlarla görüşür, PR tədbirlərində iştirak edir, mətbuatla ünsiyyətdə olurlar.

Düşünürəm ki, bizim onlardan öyrənəcəyimiz çox şey var: onlar rahat ola bilirlər, yarım saat sonra isə boliddə həyatlarını riskə atırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью