Mourinyo "Real"da qaydaları sərtləşdirdi

08.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Mourinyo "Real"da qaydaları sərtləşdirdi

Joze Mourinyo "Real"da ikinci dönəminə hazırlaşarkən klubda bir sıra yeni qaydalar tətbiq edib.

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk növbədə futbolçuların qidalanmasına diqqət yetirib. Artıq "Real"ın oyunçuları səhər yeməyi və qəlyanaltılar üçün müəyyən edilmiş menyuya əməl etməlidirlər. Qidalanma yalnız Valdebebas bazasında həyata keçiriləcək.

Mourinyo intizam məsələsinə də xüsusi diqqət ayırır. Futbolçular məşqdən bir saat əvvəl klubun bazasında olmalıdırlar. Gecikən oyunçu statusundan asılı olmayaraq cəzalandırılacaq. Cəza isə komandanın digər üzvlərindən ayrı şəkildə fərdi idman zalı məşqi keçmək olacaq.

Bundan başqa, Mourinyo zədələnmiş futbolçuların bərpa məşqlərini də yalnız Valdebebasda keçirməsini tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью