Mourinyo Rafa Silvanı istəyir

14.11.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Beşiktaş”da çıxış edən Rafa Silvanı heyətinə qatmaq istəyir. 

Apasport.az Portuqaliya mətbuatına istinadla xəbər verir ki, klub prezidenti Rui Kosta 32 yaşlı hücumçunun vəziyyətini yaxından izləyir.

Mourinyo sol cinah və ikinci hücumçu mövqelərinə transfer tələb etdiyi üçün Rafa Silvanın keçidinin reallaşma ehtimalı yüksək qiymətləndirilir.

Futbolçunun “Beşiktaş”la 1,5 mövsümlük müqaviləsinin olmasına baxmayaraq, ona təxminən 8 milyon avro daha çox qazandıracaq yeni təklif səbəbilə müqaviləni ləğv etmək ehtimalının olduğu qeyd edilib. Bu vəziyyət “Benfika” üçün fürsət yarada bilər.

Silva 2025/26 mövsümündə “Beşiktaş” forması ilə bütün yarışlarda 16 matça çıxıb. Portuqaliyalı futbolçu 5 qol və 3 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Qeyd edək ki, portuqaliyalı ulduz 2016–2024-cü illərdə “Benfika”nın heyətində çıxış edib.

Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama Mançininin yeni iş yeri bəlli olub Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu "Barselona" "Yuventus"un futbolçusunu istəyir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью