Mourinyo Real ın tarixinə düşdü Ançelottini qabaqladı

05.11.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında Madrid klubunun çalışdırıcıları arasında ən yüksək qələbə faizinə malik mütəxəssis olub.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis turnirin əsas mərhələsinin IV turunda AEK-ə qarşı keçirilən və 3:2 hesabı ilə başa çatan görüşdə 28-ci qələbəsini qazanıb.

Mourinyo “Real”a rəhbərlik etdiyi müddətdə Çempionlar Liqasında ümumilikdə 40 matça çıxıb. O, bu görüşlərin 70 faizində qələbə qazanıb.

Beləliklə, ən azı 10 oyunda “Real”a rəhbərlik etmiş baş məşqçilər arasında ən yüksək göstəriciyə imza atan Mourinyo Karlo Ançelottini geridə qoyub.

“Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü “Fənərbaxça”nı “Liverpul”la matça Emre Belözoğlu çıxarmayacaq Fonseka “Lion”dan ayrıldı - YENİ İŞ YERİ BƏLLİ OLDU
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью