Mourinyo Real Madrid dən futbolçu istəyir

17.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Türkiyənin “Fənərbağça” klubu İspaniya “Real Madrid”inin futbolçusu Ferlan Mendi ilə maraqlanır.

Teleqraf.com "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-lacivərdlilər"in baş məşqçisi Jose Mourinyonun istəyi ilə qış transfer dönəmində fransız əsilli müdafiəçinin mümkün transferindən ötrü danışıqlara başlanılıb. Arxa xətdə daha ciddi rəqabət yaratmaq istəyən Türkiyə təmsilçisi Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq niyyətindədir.

Qeyd edək ki, 2019-cu ildən “Real Madrid”də forma geyinən 29 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Hücumçu daha öncə “Lion”, “Havr”, “Mantua” kimi klublarda çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью