“Mourinyo “Real”a qayıtsa, çox xoşbəxt olacağam”

13.05.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Real”ın sabiq baş məşqçisi Karlo Ançelotti adı Madrid klubu ilə hallanan Joze Mourinyo ilə bağlı açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis həmkarı haqqında bunları deyib:

“Mourinyo “Real”a qayıtsa, çox xoşbəxt olacağam. O, klubda möhtəşəm işlər görə bilər. Əvvəl də bunu edib və yenidən komandanı zirvəyə aparmaq gücündədir”.

Mourinyonun “Real”la anlaşdığı iddia edilir. Mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə “kral klubu”nda çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью