Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın inkişaf etdiyini, lakin altı aydan sonra hazırkı vəziyyətin dəyişməyəcəyi təqdirdə bundan razı qalmayacağını bildirib.
İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, Mourinyo komandanın üç aylıq fəaliyyətini müsbət qiymətləndirib.
“Komanda yoldadır, öz marşrutu ilə irəliləyir. Biz üç aydır birlikdəyik və hesab edirəm ki, bu dövr üçün yaxşı çıxış edirik. Əgər altı ay sonra eyni vəziyyətdə qalsaq, razı olmayacağam. Amma əminəm ki, dörd-beş ay sonra vəziyyət yaxşılaşacaq, çünki biz həm fərdi şəkildə, həm də komanda olaraq fasiləsiz inkişaf vəziyyətindəyik”, - deyə Mourinyo deyib.
Qeyd edək ki, İspaniya çempionatında beş oyundan sonra Madridin “Real”ı 12 xal toplayıb və turnir cədvəlində ikinci yeri tutur.