Mourinyo Ronaldonu Fənərbağçaya dəvət etdi

21.11.2024

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Əl-Nəsr"in hücumçusu Kristiano Ronaldonu komandasına dəvət edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fotomac" nəşri məlmat yayıb.

61 yaşlı mütəxəssis Ronaldoya zəng edib və deyib:

"Əl-Nəsr"də xoşbəxtsən? Deyirlər, klubu tərk etmək istəyirsən. Əgər belədirsə, "Fənərbağça"ya qoşulmaq istəmirsən?"

İstanbul klubunun idman direktoru Mario Brankonun 39 yaşlı portuqaliyalı futbolçunun agenti ilə əlaqəyə çıxdığı bildirilir.

Qeyd edək ki, Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində 15 oyuna çıxaraq 10 qol vurub və 3 qolun ötürməsini edib. Onun Səudiyyə Ərəbistan klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью