Mourinyo “Selta” ilə oyun öncəsi xəbərdarlıq etdi

20.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının 13-cü turunda “Selta” ilə keçiriləcək qarşılaşma öncəsi rəqibin gücünü yüksək qiymətləndirib.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Viqo təmsilçisinin topladığı xalların komandanın real potensialını əks etdirmədiyini bildirib:

“Topladıqları xalların sayı “Selta”nın əsl gücünü göstərmir. Ötən mövsüm onlar bizi məğlub ediblər. Rəqibimiz avrokuboklarda da çıxış edir və bu, yəqin ki, çempionatda müəyyən xal itkilərinə səbəb olub. Lakin sabah bu amil həlledici olmayacaq. “Selta”nın hazırlaşmaq üçün iki həftəsi olub. Onlar çox mütəşəkkil oynadıqları üçün az qol buraxırlar. Qarşıdakı oyun bizim üçün son dərəcə vacibdir”.

Mourinyo komandasının hazırkı vəziyyətindən də danışıb:

“Uzun müddətdir “Santyaqo Bernabeu”da oynamırıq, amma bu vəziyyətin öhdəsindən yaxşı gəlmişik. Bu gün nəhayət, bütün futbolçularımızın bir araya gəldiyi ilk gündür. Hər şey qaydasındadır, hamı qayıtdığı üçün sevinclidir”.

Qeyd edək ki, “Real Madrid” - “Selta” qarşılaşması noyabrın 21-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью