Mourinyo son 15 ildə ilk dəfə “Santyaqo Bernabeu“da uduzdu

29.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Joze Mourinyo İspaniya La Liqasında 15 ildən sonra ilk dəfə "Santyaqo Bernabeu"da məğlubiyyət yaşayıb.

Moderator.az Sports.ru-ya istinadən xəbər verir ki, bu, İspaniya La Liqasının XIV turunda "Real Madrid"in doğma meydanda "Alaves"ə 1:2 hesabı ilə uduzması ilə mümkün olub.

İdman

"Santyaqo Bernabeu"da sensasiya: "Real" "Alaves"ə məğlub oldu - Video

Joze Mourinyo sonuncu dəfə 2011-ci il dekabrın 10-da İspaniya çempionatı çərçivəsində "Santyaqo Bernabeu"da məğlubiyyətlə üzləşmişdi. Həmin vaxt Madrid klubu "Barselona"ya 1:3 hesabı ilə uduzmuşdu.

"Alaves" isə tarixində üçüncü dəfə La Liqada səfərdə "Real Madrid" üzərində qələbə qazanıb.

Maraqlıdır ki, komandanın əvvəlki səfər qələbəsi də noyabrın 28-də qeydə alınıb. 2020-ci ildə baş tutan həmin qarşılaşma da 2:1 hesabı ilə başa çatıb. "Alaves" ilk dəfə isə 2000-ci ilin mayında Madrid təmsilçisini səfərdə 1:0 hesabı ilə məğlub edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью