Mourinyo super komanda qurur: Real dan daha bir səs küylü transfer

06.07.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

İyun ayında Joze Mourinyonun baş məşqçi təyin olunduğunu elan edən "Real" daha bir səs-küylü transfer həyata keçirib: "Kral klubu" "İnter"in sağ cinah müdafiəçisi Denzel Dyumfrisi transfer edib.

Lent.az bildirir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

30 yaşlı hollandiyalı futbolçunun Madrid nəhəngi ilə müqaviləsi 2030-cu ilə qədərdir. 

Transfer haqqı rəsmi olaraq açıqlanmayıb, lakin mediada bundan əvvəl “Real”ın oyunçunun 20 milyon avro dəyərində olan sərbəst qalma bəndini aktivləşdirdiyini bildirilib. 

Dyumfris 2021-ci ilin avqust ayından bəri "İnter"də oynayır, Milan klubunda 207 oyunda iştirak edib və 27 qol vurub. O, İtaliya klubu ilə səkkiz kubok, o cümlədən iki Seriya A titulunu qazanıb.

2025/26 mövsümündə Dyumfris klubda 28 oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib.

O, həmçinin 2026-cı il Dünya çempionatında Hollandiya millisində dörd oyunun hamısında iştirak edib və iki məhsuldar ötürmə edib.

Dyumfris bu yay "Real"ın dördüncü yeni transferi olub. Klub daha əvvəl "Çelsi"dən ispan müdafiəçi Mark Kukurella, "Mançester Siti"dən portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva və "Liverpul"dan fransız müdafiəçi İbrahima Konate ilə müqavilə imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью