Mourinyo təcrübəsiz məşqçi seçən top klubları tənqid etdi

24.01.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

"Benfika"nın baş məşqçisi Joze Mourinyo aparıcı klubları məşqçi seçiminə yanaşmalarına görə tənqid edib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 62 yaşlı portuqaliyalı mütəxəssis gələcəkdə "Yuventus"un baş məşqçisi ola biləcəyi ilə bağlı suala cavab olaraq bildirib ki, son illərdə aparıcı Avropa klublarının təcrübəsiz və perspektivli məşqçiləri seçməsi tendensiyasından təəccüblənib.

"Bəli, dəvət olunsaydım, "Yuventus"u çalışdırardım. Gələcəkdə bu baş verərsə, "Yuventus"un məşqçi postuna gedə bilərəm. Bilirsiniz, təcrübəsi az olan məşqçilər böyük klubları idarə etmək imkanı əldə etdikdə təəccüblənirəm. "Milan"ın Alleqrini, "Yuventus"un Spallettini və "Roma"nın Qasperini dəvət etməsi mənim üçün təəccüblü deyil. Heç nəyə nail olmayan insanların böyük vəzifələr tutması sürprizdir", - Mourinyo bildirib.

Mourinyo daha əvvəl "Porto", "Çelsi", "İnter", "Real", "Mançester Yunayted", "Tottenhem", "Roma" və "Fənərbaxça" klublarını çalışdırıb.

Yeni ildən sonra Mourinyonun bir neçə keçmiş klubu təcrübəsiz məşqçi təyin edib: "Çelsi" 41 yaşlı Liam Rosenoru, "Mançester Yunayted" mövsümün sonuna qədər 44 yaşlı Maykl Kerriki, "Real" isə 43 yaşlı Alvaro Arbeloanı seçib. Onların hamısının məşqçilik təcrübəsi minimaldır.

Mourinyo 2025-ci ilin sentyabrında "Benfika"ya rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında "qartallar" 26 oyun keçirib, 15 qələbə qazanıb, 5 heç-heçə edib və 6 dəfə məğlub olub.

"Benfika" Portuqaliya liqasında üçüncü, Çempionlar Liqasının ümumi turnir cədvəlində isə 29-cu yerdədir və pley-off mərhələsinə vəsiqə qazana bilməyəcək. Bundan əlavə, Lissabon klubu dörddəbir final mərhələsində Portuqaliya Kubokundan kənarlaşdırılıb və "Porto"ya 1-0 hesabı ilə uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью