Icma.az, Apasport portalına istinadən məlumat yayır.
“Real Madrid” heyətdəki əsas futbolçulardan biri ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Madrid təmsilçisi Toni Rüdigerlə yeni anlaşmanı rəsmən açıqlayacaq.
Tərəflər arasında müqavilə iki həftə əvvəl imzalanıb. Almaniyalı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Rüdigerin “Real”da daha bir mövsüm qalmasına Joze Mourinyo da razılıq verib.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2022-ci ildən “Real Madrid”də çıxış edir.
"Komo"nun tələbi bəllidir: 80 MİLYON AVRO Reşford Almaniya nəhənginin hədəfində: "BAVARİYA"DAN TƏKLİF Karvaxal İtaliya yolunda: FABREQAS İSTƏYİR Konate "Real"la müqavilə imzaladı: 4 illik sözləşmə Qardi "Qalatasaray"a təklif etdi – Buruk ulduz futbolçuya “hə” dedi