Mourinyo Tomaş Araujunu Real a gətirmək niyyətindədir

13.06.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyanın "Real" klubu Portuqaliya təmsilçisi "Benfika"nın futbolçusu Tomaş Araujunu heyətinə qatmaq niyyətindədir. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo 24 yaşlı müdafiəçini komandasında görmək istəyir.

"Kral klubu"nun portuqaliya oyunçu üçün rəsmi təklif göndərməsi gözlənilir.

Xatırladaq ki, Tomaş Arauju ötən mövsüm bütün turnirlərdə 39 oyuna bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Benfika" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью