Mourinyo üçün Premyer Liqa variantı

28.08.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Fənərbağça”nın baş məşqçisi Xose Mourinyo İngiltərə Premyer Liqasına qayıda bilər.

Futbolpress.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı Türkiyədəki işindən narazıdır və yeni layihəyə açıqdır.

Məlumatda “Nottingem Forest”də baş məşqçi Nunu Eşpiritu Santu ilə klub sahibi arasındakı münasibətlərin gərginləşməyi fonunda portuqaliyalı mütəxəssisin postunu tərk edə biləcəyi, onun yerinə namizədlər arasında Mourinyonun da olduğu vurğulanır.

62 yaşlı Mourinyo daha əvvəl Premyer Liqada “Çelsi” ilə üç dəfə çempionluq qazanıb, “Mançester Yunayted”lə isə Avropa Liqası və Liqa Kubokunu əldə edib.

“Tottenhem”dəki uğursuz mövsümdən sonra isə o, 2024-cü ilin yayında “Fənərbağça” ilə müqavilə imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью