Mourinyo: Vacib məsələ növbəti mərhələyə yüksəlməkdir

12.02.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçında sabah "Anderlext"lə doğma meydanında qarşılaşacaq "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo mətbuat konfransı keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o,  ilk matçın evdə və ya səfərdə keçirməyin heç bir üstünlüyü olmadığını deyib.

Səfərdəki qol üstünlüyünün aradan götürülməsindən sonra ev və ya səfər matçlarına baxışın dəyişdiyini qeyd edən portuqaliyalı məşqçi  bildirib ki, belə oyunlara, əslində, 180 dəqiqəlik vahid matç kimi baxmaq gərəkdir: "Ona görə də evdə və ya səfərdə oynamağın fərqi yoxdur. Sabah üçün yaxşı nəticə deyə bir şey yoxdur. Önəmli olan ikinci matçdan sonra mərhələ adlamaqdır. İndi vacib olan məsələ budur".

Fərid ASLAN
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью