Icma.az bildirir, Qol.az portalına istinadən.
“Real”ın baş məşqçisi Joze Mourinyo La Liqanın növbəti turunda Vinisius Junioru ehtiyatda saxlamağı planlaşdırır.
QOL.az xəbər verir ki, bu barədə “Defensa Central” nəşri məlumat yayıb.
Qərarın braziliyalı hücumçuya etimadın azalması ilə bağlı olmadığı, əksinə, onun optimal formasına qayıtmasını sürətləndirmək məqsədi daşıdığı bildirilir. Mourinyo Vinisiusdan daha fəal və məhsuldar oyun gözləyir.
Məlumata görə, Vinisius La Liqanın 8-ci turunda “Vilyarreal”la matçın ikinci hissəsində meydana çıxacaq. Daha sonra isə yenidən əsas heyətdə yer alacaq.
“Real”ın məşqçilər korpusunun əsas məqsədi braziliyalının “Barselona” ilə “El Klasiko”ya qədər optimal formasını bərpa etməsidir.
Qeyd edək ki, Vinisius cari mövsümdə “Real”ın heyətində 8 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi İnstaqramda izləmək üçün kliklə!