Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İspaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyo Vinisius Juniorun oyunun gedişində əvəzlənməsinin səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun müdafiədə gördüyü işi xüsusi vurğulayıb.
“Müdafiədə Vini Jr. çox yaxşı iş gördü. O, çox yorulmuşdu və buna görə də onu əvəzləmək qərarına gəldim”, - deyə Mourinyo bildirib.
Baş məşqçi daha əvvəl də Vinisiusun müdafiə baxımından üzərinə düşən tapşırıqları yerinə yetirməsinə yüksək qiymət verib. Mourinyo futbolçunun komanda üçün çalışdığı müddətdə onun dəstəyini qazanacağını qeyd edib.