Mourinyodan Arda Güler qərarı

27.05.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Mourinyodan Arda Güler qərarı

"Real"ın baş məşqçisi vəzifəsinə təyin olunacağı gözlənilən Joze Mourinyo artıq komanda üçün strategiya hazırlayır.

QOL.az xəbər verir ki, bu haqda sport.es məlumat yayıb.

Mütəxəssis yarımmüdafiəçi Arda Güleri meydanın əsas fiqurlarından birinə çevirməyi planlaşdırır. Portuqaliyalı məşqçi hətta 21 yaşlı türkiyəli ilə şəxsən əlaqə saxlayaraq onun taktiki sxemlərdəki gələcək rolunu ətraflı şəkildə izah edib.

Xatırladaq ki, Güler ​​2023-cü ilin yayında Madrid təmsilçisinə qoşulub. Onun "Real"la hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью