Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Kilian Mbappe ilə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, “El Chiringuito”ya danışan mütəxəssis fransalı forvardı tərifləyib:
“Mbappe hər gün məşqlərdə inanılmaz səviyyədə çalışır. O, komanda yoldaşları ilə də mehribandır və kollektivdə xoş atmosfer yaradır. Həm futbolçu, həm insan kimi həddindən artıq yaxşı biridir.
Mbappenin ötən mövsüm etdikləri göz qabağındadır. İndi onu nəyəsə görə mühakimə etmək olmaz. Məşqlərdə gördüklərimə əsasən deyə bilərəm ki, o, sadəcə inanılmaz biridir”.
Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, “kral klubu”nda 65 oyunda 56 qol vurub.
Mourinyo bu yay Madrid təmsilçisinə baş məşqçi təyin edilib.