Mourinyodan maraqlı addım: Vinisiusla danışmadı

01.08.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo komandanın bütün futbolçuları ilə fərdi görüş keçirsə də, Vinisius Juniorla danışmayıb.

Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın "Onda Cero" radiosu məlumat yayıb.

Mənbənin iddiasına görə, portuqaliyalı mütəxəssisin braziliyalı vingerlə görüş keçirməməsi onun gələcəyi ilə bağlı sualları daha da artırıb.

Qeyd edək ki, son günlər Vinisius Juniorun İngiltərənin "Arsenal" klubuna transfer olunacağı ilə bağlı xəbərlər yayılıb.

London təmsilçisi 25 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir.

“Real”ın gənc müdafiəçisi “Fiorentina”ya keçdi Premyer Liqa klubunda baş məşqçi istefası “Çelsi”yə ağır cəza: transfer qadağası və 10 milyonluq cərimə Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi... "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью