Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01.10.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo 41 yaşlı Kriştiano Ronaldonun Portuqaliya millisindən ayrılması ilə bağlı fikirlərini bölüşüb.

Modern.az xəbər verir ki, Mourinyonun sözlərini “O Globo” nəşri yayıb.

“Kristiano qalibdir. Onun eqosu var və bu eqo 20 il ərzində ona qollar, titullar və rekordlar qazandırıb. Bu, normaldır. Amma indi o, eqosuna nəzarət etməyi öyrənməlidir. Futbol onu gözləməyəcək. Onun bədəni artıq əvvəlki kimi deyil”, - deyə Mourinyo bildirib.

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş barədə də danışan Mourinyo onu böyük futbolçularla işləməyi bacaran və onlardan çəkinməyən yaxşı məşqçi kimi xarakterizə edib.

“Əgər o, hansısa qərar qəbul edirsə, bunun komandaya fayda verəcəyini düşündüyü üçün edir”, - deyə Mourinyo əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью