Mourinyonun dostu Qalatasaray ı büdrədə biləcəkmi? | Icma.az
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. Türkiyə çempionatının 32-ci turuna bugünkü iki qarşılaşma ilə start veriləcək.
''Qalatasaray'' ''Bodrum''u, ''Hatayspor'' isə ''Konyaspor''u qəbul edəcək.
''Football-plus.az'' xəbər verir ki, məşqçi dəyişikliyindən sonra sanki başqa komandaya çevrilən və inanılmaz bir yüksəlişə keçən ''Bodrum''un superliqanın liderinə qarşı necə təsir bağışlayacağı maraq doğurur.
Vaxtilə Joze Mourinyonun köməkçisi kimi çalışmış Joze Moraiş baş məşqçi postuna gəldikdən bu yana debütant 9 superliqa matçının 8-də (!) qapısını toxunulmaz saxlayıb və bu müddətdə 27 mümkün xaldan 18-ni toplayıb.
Komanda bu məşqçi ilə superliqada məğlub olduğu və qol buraxdığı yeganə oyunu Mourinyonun ''Fənərbaxça''sına qarşı keçirib (2:4).
Portuqaliyalı Moraiş ''Qalatasaray''la qarşıdan gələn oyunla bağlı fikirlərini bildirərək bunları deyib: ''Qalatasaray'' bu liqanın ən yaxşı klublarından biridi.
Zatən son illərdə qazandığı titullarla da öz gücünü göstərib. Mənim oyunçularım üçün belə qarşılaşmalar ilk növbədə çox yaxşı bir təcrübədi.
''Qalatasaray'' indi əla formadadı və həyətlərində də çox səviyyəli futbolçular var. İşimizin çətin olacağını bilirik.
Tam oxu
Xəbəri oxu