Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Benfika” yeni baş məşqçisini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Marko Silvaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Silva “Real”a baş məşqçi təyin edilən Joze Mourinyonu əvəzləyib.
Portuqaliyalı mütəxəssis daha əvvəl “Fulhem”, “Everton”, “Uotford”, “Sportinq” kimi komandalarda çalışıb.