Mourinyonun İstanbulda qalması bu qiymətə başa gəlib

12.11.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fənərbaxça”nın sabiq baş məşqçisi Joze Mourinyonun İstanbulda qalması və otel xərcləri gündəmə gəlib.

Missiya.Az türk mediasına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin şəhərin prestijli beşulduzlu otelində qalması klub üçün təxminən 750 min avroya başa gəlib.

Qeyd edək ki, Mourinyo 2024-cü ilin yayından 2025-ci ilin avqustuna qədər “Fənərbaxça”da çalışıb. Çempionlar Liqasının seçmə mərhələsində “Benfika”ya məğlubiyyətdən sonra yolları ayrılıb.

Bundan əlavə, klub ona müqavilənin ləğvi üzrə 12-15 milyon avro təzminat ödəyib.

Seyranə Quliyeva
Missiya.Az 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью