Metbuat saytına istinadən Icma.az xəbər verir.
“Real Madrid” hücum xəttinə əlavə güc qatmaq üçün səylərini davam etdirir.
Metbuat.az xəbər verir ki, klubun əsas prioriteti başqa bir yüksək səviyyəli hücumçu olsa da, həmin planın baş tutmaması ehtimalına qarşı "Nyuklasl Yunayted"in futbolçusu Nik Voltemade “B” variantı kimi nəzərdən keçirilir.İddialara görə, “Real Madrid” skautları futbolçunun fiziki gücü, hava toplarındakı üstünlüyü və cərimə meydançası içində effektivliyini müsbət qiymətləndirir.
Qeyd edək ki, Nik Voltemade 2025-ci ildə "Ştuttqart"dan "Nyukasl Yunayted"ə transfer olub.