Mourinyonun Nüsrətlə görüntüləri gündəm oldu VİDEO

11.11.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo məşhur ət ustası Nüsrəti ziyarət edib.

Milli.Az xəbər verir ki, Mourinyo görüşdən video paylaşıb. Pərəstişkarları tərəfindən böyük əks-səda yaradan videoya fənərbağçalı azarkeşlər sərt reaksiya verib.

Onlar Mourinyonun "Fənərbağça"da göstərdiyi zəif performansa rəğmən əyləncəsindən də geri qalmamasını tənqid edib.

Həmin videonu təqdim edirik:

Fidan
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью