Mourinyonun qara siyahısına düşdülər

03.06.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mourinyonun qara siyahısına düşdülər

"Real"ın yeni baş məşqçisi təyin olunacağı gözlənilən Joze Mourinyo klubdan göndərmək istədiyi futbolçuların siyahısını artıq müəyyənləşdirib.

QOL.az xəbər verir ki, tanınmış jurnalist Ramon Alvaresin yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis gələcək planlarına daxil olmayan və "Santyaqo Bernabeu"nu tərk etməli olan oyunçuların adlarını rəhbərliyə təqdim edib.

Bildirilir ki, Mourinyonun siyahısına aşağıdakı futbolçular daxildir:

Eduardo Kamavinqa Rodriqo Qoes Franko Mastantuono Fran Qarsiya Raul Asensio Dani Sebalyos

Qeyd olunur ki, təcrübəli çalışdırıcının transfer hədəfi də müəyyənləşib. Məlumata görə, Mourinyo klub prezidenti Florentino Peresə "Mançester Siti"nin və Xorvatiya millisinin 24 yaşlı müdafiəçisi Yoşko Qvardiolu "kral klubu"nun heyətində görmək istədiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью