Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İspaniyanın “Real Madrid” futbol klubunun baş direktoru Xose Anxel Sançesin klub rəhbərliyində mövqeyi getdikcə möhkəmlənir.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Sançesin nüfuzunun artması klub prezidenti Florentino Peresin qərarlarına, xüsusilə Joze Mourinyonun baş məşqçi postuna qaytarılmasına verdiyi dəstəklə əlaqələndirilir.
Klub rəhbərliyində bir sıra şəxslərin portuqaliyalı mütəxəssisin qayıdışına şübhə ilə yanaşmasına baxmayaraq, Sançes bu qərarı dəstəkləyən azsaylı funksionerlərdən biri olub.
Klub üzvlərinin son ümumi yığıncağında “Santyaqo Bernabeu” stadionunda konsertlərin yenidən keçiriləcəyini məhz Sançes açıqlayıb.
O, 2025-ci ilin yanvarında Peresin yenidən prezident seçilməsindən sonra klubun direktorlar şurasında da yer alıb.
Peresin Sançesə etimadının digər göstəricisi isə onun klubun kommersiya layihələri üçün yaradılan “Real Madrid Madridistas SL” şirkətinin yeganə idarəçisi təyin edilməsidir.
Qeyd edək ki, Sançes 2000-ci ildən “Real Madrid”də çalışır. Əvvəlcə marketinq direktoru vəzifəsini tutan funksioner 2006-cı ildən klubun baş direktoru kimi fəaliyyət göstərir.
Madrid klubuna gəlməzdən əvvəl o, Yaponiyanın videooyun istehsalçısı “Sega” şirkətinin İspaniya, daha sonra isə Cənubi Avropa üzrə fəaliyyətinə rəhbərlik edib.