Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Baş məşqçi postuna Joze Mourinyonu gətirən “Real” yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi III divizion komandası “Alkorkon”la qarşılaşıb. Görüş “kral klubu”nun qələbəsiylə başa çatıb – 1:0.
Oyunda yeganə qolu penaltidən Daniel Yanes vurub.
“Real” iyulun 28-də “Leqanes”lə sınaq matçı keçirəcək.