Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Joze Mourinyonun "Real Madrid"də quracağı yeni layihədə Arda Güler əsas fiqurlardan biri olacaq.
Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanı Kilian Mbappe, Cud Bellinqem, Arda Güler və Tibo Kurtuanın ətrafında formalaşdırmağı planlaşdırır. "El Nacional" nəşrinin iddiasına görə, bu dörd futbolçu Mourinyonun "toxunulmazlar" siyahısında yer alır. Mənbənin məlumatına əsasən, Türkiyə millisinin dünya çempionatındakı uğursuz çıxışına baxmayaraq, Arda Güler klubun gələcək planlarında mühüm rol oynayır.
Nəşr yazır ki, Mourinyo Ardanın yarımmüdafiədəki yaradıcılıq qabiliyyətini, qol vurmaq bacarığını və matçların taleyini həll edə biləcək potensialını yüksək qiymətləndirir.