Icma.az bildirir, Baku.ws portalına istinadən.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun gələcəyi qeyri-müəyyən olsa da, kluba yeni baş məşqçi namizədi kimi Vinçenzo Montellanın adı keçir.
BAKU.WS xəbər verir ki, hazırda Türkiyə yığmasını çalışdıran Montella "Qalatasaray"ın çempionluq matçı olmasına baxmayaraq "Fənərbağça" – "Eyüpspor" matçını stadiondan izləyib.
Mövsümün əvvəlində Mourinyo ilə 2 illik müqavilə imzalansa da, təcrübəli çalışdırıcının "Fənərbağça"da qalıb-qalmayacağı bəlli deyil.
"Sabah" qəzeti iddia edir ki, klub prezidenti Ali Koç sentyabrda keçiriləcək seçkilərdə qalib gəlmək üçün məşqçi axtarışlarını davam etdirir. "Fənərbağça"nın Mourinyonu əvəzləyəcək bir nömrəli namizədi Vinçenzo Montelladır.