Mourinyonun yerinə Marko Silva “Benfika”da yeni baş məşqçi

13.06.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Benfika”da baş məşqçi dəyişikliyi rəsmiləşib.

Apasport.az xəbər verir ki, Portuqaliya klubu Joze Mourinyonun ayrılığından sonra komandanı Marko Silvaya tapşırıb.

Lissabon təmsilçisi 48 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Sözləşmədə daha bir illik uzatma bəndi də var.

Mourinyo “Benfika”dan ayrılaraq “Real Madrid”ə keçib. “Benfika”nın açıqlamasında portuqaliyalı mütəxəssisin Madrid klubu ilə müqavilə imzaladığı bildirilib. 
Qeyd edək ki, Marko Silva son olaraq İngiltərənin “Fulhem” klubunu çalışdırıb.

O, daha əvvəl “Sportinq”, “Olimpiakos”, “Hall Siti”, “Uotford” və “Everton”da da baş məşqçi kimi fəaliyyət göstərib.

Silva “Fulhem”də 5 il işləyib və komandanı Premyer Liqaya qaytarmağı bacarıb. 

Torontoda sülh: Kanada və Bosniya bərabərə qaldı - YENİLƏNİB Bosniyaya qarşı ani zərbə - Larin 121 saniyəyə hesabı dəyişdi Levandovski qərarını verdi - Ulduz futbolçu ABŞ-yə gedir “Sambaçılar”a Neymar şoku - Qrup mərhələsində oynamayacaq Acun Ilıcalı Ərdoğanla görüşdü
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью