Mourinyoya 4 oyunluq cəza

27.02.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə çempionatının 25-ci turunda "Qalatasaray"la oyundan (0:0) sonra verdiyi açıqlamaya görə cəzalandırılıb.

Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis irqçiliklə bağlı ifadəsinə görə 2,  dördüncü hakimə qarşı təhqiramiz ifadəsinə görə isə daha 2 oyunluq cəza alıb. Beləliklə, o, "Fənərbaxça"nın "Antalyaspor", "Samsunspor", "Bodrumspor"la olan oyunlarını buraxmalı olacaq.

Qeyd edək ki, bu gün keçirilən "Qaziantep"lə (1:4) kubok matçında təlimata əsasən oyunu özü üçün ayrılan lojada izləyən portuqaliyalı baş məşqçi cəzasının 1 matçını geridə qoyub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью