Mourinyoya şad xəbər

27.11.2026

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Real Madrid"in baş məşqçisi Joze Mourinyo uzun müddətdir zədədən əziyyət çəkən Ferland Mendinin yaşıl meydanlara qayıtdığını açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis fransalı müdafiəçinin sabahkı matçda ehtiyat oyunçular skamyasında yer alacağını bildirib.

“Ferland Mendi sabah ehtiyat oyunçular skamyasında olacaq. Əgər skamyada olacaqsa, deməli, oynamaq iqtidarındadır. Sol cinah müdafiəçisi mövqeyində üç futbolçumuz var. Lakin Mendinin qayıdışı hamımız üçün əla xəbərdir”, - deyə Mourinyo bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью