Icma.az, Fanat saytına istinadən bildirir.
"Real Madrid"in baş məşqçisi Joze Mourinyu Arda Gülərin karyerası və oyun üslubunu şərh edib.
Fanat.Az xəbər verir ki, informasiya təcrübəli mütəxəssisin İspaniyanın "El Chiringuito" proqramına verdiyi müsahibədə yayılıb.
Mourinyu "kral klubu"nun türkiyəli futbolçusu Arda Gülər haqqında müsbət fikirlər səsləndirib. O, hücumameyilli yarımmüdafiəçi ilə bağlı bunları qeyd edib: "Arda Güləri çox bəyənirəm. Düşünürəm ki, onunla da Luka Modriç və ya Bernardo Silvanın başına gələnlərə bənzər bir hal yaşanacaq yəni karyeraya bir mövqedə başlayıb, başqasında bitirirsən. Məsələn, "10 nömrə" kimi başlayıb, sonda "8 nömrə" və ya "6 nömrə"yə çevrilə bilərsən. İnanıram ki, oyun zəkası və inkişafı nəzərə alınmaqla, Arda da eyni yolu keçəcək".
Qeyd edək ki, türkiyəli futbolçu ötən mövsüm "Real Madrid"in heyətində 51 matça çıxaraq, 6 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli