Mourinyu məğlubiyyəti bu cür şərh etdi

21.09.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

“Real Madrid”in baş məşqçisi Joze Mourinyu “Atletiko Madrid”ə 1:2 hesabı ilə məğlub olduqları derbidən sonra hakimlik qərarlarını sərt şəkildə tənqid edib.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun rəsmi saytı paylaşıb.

Portuqaliyalı mütəxəssis matçın iki epizodunda “Atletiko Madrid” futbolçularının qırmızı vərəqə almalı olduğunu bildirib. Mourinyu Kristian Romero və Li Kanq-inlə bağlı epizodları jurnalistlərə göstərərək, bu qərarların oyunun gedişinə ciddi təsir edə biləcəyini vurğulayıb.

“Bunlar iki aşkar qırmızı vərəqə idi. 50 dəqiqə 11-ə 9 oynasaydıq, nələrin baş verəcəyini təsəvvür edə bilərsiniz”, – Mourinyu deyib.

Baş məşqçi buna baxmayaraq futbolçularının mübarizəsindən razı qaldığını və hakim təiynatına fikir bildirib:

“Onlar hər şeylərini verdilər. İlk hissədə çox yüksək səviyyədə və özünəinamla oynadılar. Mən yalnız futbolçularımı qucaqlaya bilərəm. Yazıq hakim derbinin təzyiqinin öhdəsindən gələ bilmədi".

VAR hakimi ilə bağlı da narazılığını ifadə edən Mourinyu bəzi epizodlarda VAR müdaxiləsinin olub, digər oxşar vəziyyətlərdə isə qərarın dəyişdirilməməsini tənqid edib.

Təcrübəli çalışdırıcı “Real Madrid”in mövsümün əvvəlindəki mövqeyinə də toxunaraq, komandasının məqsədinin mövsümü lider başa vurmaq olduğunu bildirib. O, sentyabr ayında turnir cədvəlinə görə yekun nəticə çıxarmağın tez olduğunu vurğulayıb.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью