Mourinyu PSJnin Avropada uğur qazana bilməməsinin səbəbini nədə görür?

06.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Fənərbağça"nın  baş məşqçisi Joze Mourinyu PSJ-nin Avropa turnirlərində uğur qazana bilməməsinin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sporx" portuqaliyalı mütəxəssisin sözlərini belə çatdırıb:

"Avropada oyun mədəniyyəti Türkiyədəkindən bir qədər fərqlidir. Qitəmiqyaslı oyunlarda daha dinamik və sərt komandalarla qarşılaşmaq lazım gəlir. Türkiyədə isə durum başqadır. 

Məsələn, PSJ-nin Avropada niyə uğurlu çıxışla yadda qalmadığını bilirsiniz? Çünki onlar Fransa çempionatında Avropadakı oyunlarda qarşılaşdığı çətinliklərə hazırlaşa bilmirlər. Mən də Türkiyədə hərdən taktiki tapşırıqları avrokubok matçlarını nəzərə alaraq verirəm. Buradakını ora daşımaq çətinlik yaradır".

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью