Mourinyu Qalatasaray ilə Beşiktaş ı məyus etdi

05.08.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yay transfer pəncərəsi dövründə "Beşiktaş" və "Qalatasaray"la adı hallanan Brahim Diasın "Real Madrid"dəki gələcəyi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı "AS" yayıb.

Mənbənin məlumatına görə, "Real Madrid"in baş məşqçisi Joze Mourinyu Brahim Diasa qarşıdakı mövsümdə heyətin əsas fiqurlarından biri kimi baxır. Portuqaliyalı mütəxəssis Bernardu Silva və Yan Diomandenin transferi ehtimalı ilə rəqabətin artacağını gözləsə də, Diasın komandada qalmasını istəyir.

Məlumatda qeyd olunur ki, 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə ilə bağlı razılıq əldə edilib və mərakeşli ulduzun klubda qalması barədə qərar verilib.

27 yaşlı hücumameyilli futbolçu ötən mövsüm "Real Madrid"in heyətində 42 oyuna çıxaraq 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью