Mourinyu Real Madrid in prezidentinə niyə zəng edib?

31.07.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyu növbəti iddialı transfer üçün düyməyə basıb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı Madrid nəhəngi “Real”ın müdafiəçisi David Alabanın transferini gündəmə gətirib.

Bu barədə məlumatı ispaniyalı jurnalist Adrian Funes Qarsiya yayıb.

Onun məlumatına görə, Mourinyu bu məqsədlə şəxsən “Real Madrid”in prezidenti Florentino Perezlə əlaqə saxlayıb. Tərəflər arasında ilkin danışıq zamanı Alabanın transfer şərtləri və mümkün müqavilə detalları müzakirə olunub.

Qeyd edək ki, transferin baş tutub-tutmayacağı qarşıdakı günlərdə dəqiqləşəcək.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью