Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid"in sükanı arxasına keçən Joze Mourinyunun İspaniya nəhəngində tətbiq edəcəyi taktiki sistem və planlar bəlli olub.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis "kral klubu"nda daha çox 4-2-3-1 taktiki düzülüşünə üstünlük vermək niyyətindədir.
Mourinyu bu sistemdə komandanın ingilis ulduzu Cud Bellinqemə pleymeyker — "10 nömrə" mövqeyini həvalə etməyi planlaşdırır.
Hatta baş məşqçinin Bellingemlə şəxsən əlaqə saxlayaraq ona Dünya Çempionatında uğurlar arzuladığı və İspaniyada birlikdə çalışmaq üçün səbirsizləndiyini bildirdiyi qeyd olunub.