Mövcud qaydalara əsasən, Avropa silah müharibəsində qalib gəlməyəcək Doğru Xəbərlər

26.11.2024

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa mövcud qaydalara əməl etsə, müasir silah müharibəsində qalib gələ bilməz.

Bu barədə “Politico” fransız admiralı Pyer Vandierin sözlərinə istinadən yazır.

“Avropa bu gün özünə tətbiq etdiyi qaydalara əməl etməklə gələcək silah müharibəsində qalib gələ bilməz” dedi Vandier.

O ümid etdiyini bildirib ki, 2025-ci ildə Haaqada keçiriləcək NATO sammiti Aİ-yə “silahlanma yarışını davam etdirmək” istəyirsə, “qaydalarını dəyişməli” siqnalı verəcək.

Bundan əvvəl Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Con Hili Ukrayna münaqişəsinin kritik mərhələyə daxil olduğunu bildirib.

O qeyd edib ki, bu, NATO üzvlərindən öz müdafiələrini gücləndirməyi tələb edir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью