Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər

06.05.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı, iş adamı Aydın Çavuşoğluna silahlı hücum olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Aydın Çavuşoğlunu ofisində güllələyiblər.

Əməliyyat olunan Aydın Çavuşoğlu reanimasiyaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью