Mövsüm dəyişir, hakimlər dəyişmir... Video

15.09.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Misli Premyer Liqasında artıq 4 tur geridə qalıb.

“Qafqazinfo” xəbər verir ki, yeni mövsümün startından bu tərəfə ən çox müzakirə olunan mövzu yenə də hakimlərdir. 

Artıq verdiyi qərarlarla klubların səbrini indidən tarıma çəkməyə başlayıblar. Ötən mövsüm hakimlərin yanlış qərarlarından kifayət qədər əziyyət çəkən “Turan Tovuz” yenə eyni aqibətlə üzləşir. 

Elə son turda “Araz-Naxçıvan”la matçda komandanın qapısına təyin olunan penalti birmənalı qarşılanmadı. Qarşılaşmada geridönüş edərək üstünlük qazanan Kurban Berdıyevin yetirmələrinin əziyyətini baş hakim Elçin Məsiyev yerə vurdu. 

“Turan Tovuz”un bu epzioda etiraz açıqlaması yayımlaması ilə yanaşı sosial şəbəkələrdə də təəccüblə paylaşıldı. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun bu məsələyə hansı açıqlama verəcəyi də maraq doğurur. 

Son turun daha bir qalmaqallı epizodu isə “Zirə” – “Qarabağ” görüşündə yaşandı. Matçın 70-ci dəqiqəsində meydan sahiblərinin oyunçusu İsa Cibrilla sürətli hücuma çıxarkən Ağdam klubunun müdafiəçisi Bence Varkoni onun qarşısını kobudluqla alır. Doğrudur, aşkar qol epizodundan məhrum etməyə görə burada qırmızı vərəqə verilməsi düzgün qərar olmaya bilər.  Çünki “Qarabağ”ın digər müdafiəçiləri epizoda yaxın idi. 

Amma Bence Varkoni təcavüzkar davranışa görə mütləq meydandan qovulmalı idi. Lakin nə baş hakim Rəşad Əhmədov, nə də VAR hakimi Rəvan Həmzəzadə epizoda düzgün qiymət verdi. 


Artıq hakim qərarlarının futboldan daha çox müzakirə olunduğu çempionatda nəyəsə ümid etmək də çətinləşir. Görünür mövsüm bu cür davam edəcək. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью