Mövsüm onun üçün erkən sona çatdı

08.02.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Radu Draquşinin son vəziyyəti açıqlanıb.

“Tottenhem”in müdafiəçisi tezliklə əməliyyat olunacaq. Bu məlumatı London klubunun mətbuat xidməti yayıb.
Xatırladaq ki, Avropa Liqasının liqa mərhələsinin sonuncu turunun “Elfsborq” ilə oyununda (3:0) rumıniyalı futbolçunun dizinin ön çarpaz bağı qopmuşdu. Radunun mövsümü erkən başa vurduğu açıqlanıb.
23 yaşlı Draquşin bu mövsüm “Tottenhem”in heyətində 16 oyunda iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью