Mövsümdə ilk dəfə

09.05.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kişi basketbolçulardan ibarət “Sabah” klubu mövsümdə ilk dəfə ardıcıl 2 məğlubiyyət alıb.

İdman.biz xəbər verir ki, paytaxt təmsilçisi bu uğursuz seriya ilə Azərbaycan çempionatının finalında üzləşib.

Rimas Kurtinaytisin yetirmələri “Neftçi” qarşısında aciz qalıblar. “Sabah” 3-cü görüşdə 76:79, 4-cü qarşılaşmada 66:84 hesabı ilə uduzub.

Qeyd edək ki, son çempion cari mövsümdə ümumilikdə 6 dəfə məğlub olub. Bunlardan 4-ü müntəzəm çempionatda, 2-si finalda qeydə alınıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью