“Mövsümə uğurlu start verməyi arzulayırıq” yeni transfer

17.07.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Karvan-Yevlax”dan ayrılan Vadim Abdullayev karyerasını Gəncədə davam etdirəcək. Yarımmüdafiəçi “Kəpəz”lə müqavilə imzalayıb.

Vadim “Futbolpress.az“a açıqlamasında keçidindən danışdı:

“Kəpəz” Azərbaycanın köklü klubudur. Gəncə camaatı tələbkardır və futbolu bilir. Onların bu çılğınlığı əlavə motivasiya və məsuliyyət deməkdir. Meydana çıxanda formanın haqqını verməyə çalışacağam”.

Daha əvvəl adı “Şamaxı” ilə hallanan Abdullayev transferin alınmamasına da toxundu:

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov mənim üçün çox dəyərli biridir. Üzərimdə böyük əməyi var. Ona uğurlar arzulayıram. Artıq məsələ bitib və bu barədə danışmağım düzgün olmaz. Hər kəsin öz qisməti var. Deməli, mənim üçün də xeyirlisi bu imiş”.

Yarımmüdafiəçi yeni mövsümlə bağlı fikirlərini də bölüşdü:

“Komanda hələ tam formalaşmayıb. Zamanla hər şey yoluna düşəcək. İndidən çempionatla bağlı proqnoz vermək düzgün olmaz. Komandada yaxşı atmosfer var və mövsümə uğurlu start verməyi arzulayırıq”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью